Qarpız alarkən diqqətli olun - Video
Anar Mürsəliyev - satıcı: "Qarpızın içi çox sulanmamalıdır. Çox sulanırsa, deməli, köhnədir. Qarpızı aldın, gərək yeyəsən. Soyuducuda çox saxlamaq olmaz. Zəhərlənmələrin çoxu ondan olur".
Bu bostan bitkiləri ya yeməkdən 1 saat əvvəl, ya da 1 saat sonra yeyilməlidir. Qarpız kəsilməzdən əvvəl mütləq yuyulmalıdır. İçindəki zolaqlar sarımtıl və ya qəhvəyi rəngdədirsə, bu, məhsulun tərkibində kimyəvi maddələrin çox olmasından irəli gəlir.
Həkim-toksikoloq Nazir Adilovun sözlərinə görə, qarpızdan zəhərlənmə hallarına daha çox azyaşlılar və yaşlı nəslin nümayəndələri arasında rast gəlinir. Bu da orqanizmin immunitetinin zəif olması ilə bağlıdır.
Nazir Adilov - həkim-toksikoloq: "Köhnə qarpız müəyyən müddət qalır istinin altında və öz funksiyalarını itirir. Nəticədə, zəhərlənmə əlamətləri meydana çıxır. Yüngül xörəklər yeyilməli, maye qəbul olunmalıdır. Kompot içsinlər, turş meyvələr yesinlər".
Qarpız zəhərlənməsinin ilkin əlamətləri yüksək temperatur, ishal, halsızlıq və iştahsızlıqdır. Bu hallarla rastlaşanlara ilk olaraq, çoxlu miqdarda maye qəbul etmək tövsiyyə olunur.