Gənclərin işsizlik vəziyyəti monitorinq olunur

Gənclərin işsizlik vəziyyəti monitorinq olunur
  22 İyul 2016    Oxunub:3258
Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İsmayıllı, Oğuz, Zaqatala və Qax şəhərində gənclərin işsizlik vəziyyətinin öyrənilməsinə dair alternativ monitorinqin keçirilməsi” layihəsinin icrasını davam etdirməkdədir.

Bununla bağlı təşkilatın sədri Niyaməddin Orduxanlı mətbuata acıqlama verib. Onun sözlərinə görə, iyul ayının 21–də layihəyə uyğun olaraq Oğuz rayonunda gənclərin işsizlik vəziyyətinin öyrənilməsinə dair alternativ monitorinqin keçirilməsi ilə bağlı tədbir keçirilib: “Təşkilatımız Oğuz rayonunda da çox yüksək səviyyədə tədbir təşkil etdi. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınını rəsmi nümayəndəsi Ramin Cəfərov da rayona ezam olunmuşdu. Biz tədbir iştirakçılarına ilk olaraq bildirdik ki, təşkilatın əsas məqsədi gənclərin işsizlik vəziyyətinin yerlərdə öyrənilməsi, gənclərin iş tapa bilməməsini yaradan səbəbləri araşdırmaq, onları peşə və ixtisas seçimində düzgün istiqamətləndiməkdir. Layihəyə əsasən 4 rayonun hər birində 100 gənclə sorğu aparılıb. Onlara Azərbaycan Respublikasının gənclərə yönəlik uğurlu siyasət aparmasından da bəhs edirik. Xeyli sayda gəncərin yeni iş yerlərinə dövlət tərəfindən cəlb olunduğu faktlarının da şahidi oluruq.

Bununla yanaşı, gənclərin işsizlik probleminin yaranma səbəblərini ümumiləşdirib aşağıdakı qənaətə gəlmək olur: Gənclərin ixtisas bilikləri, digər bilik və bacarıqlarının əmək bazarı tələblərinə uyğun olmaması, informasiya çıxışlarının zəif olması, işsizlərin seçimi və karyera məsələsinə münasibəti, gender problemləri və mental faktorlar, təhsil səviyyəsinin aşağı olması”.

Niyaməddin Orduxanlı onu da əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu cür layhilərə dəstək verməsi çox müsbət addımdır: “Görüş iştirakçılarının hər birinin diqqətinə o da çatdırılır ki, bu layihənin maliyyə dəstəkçisi məhz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır. Bu da o anlama gəlir ki, şura rayonlarda işsiz gənclərin vəziyyətinin öyrənilməsində marqlıdır. Bu cür layihələrin dəstəklənməsinə görə, bir daha Dövlət Dəstəyi Şurasının rəhbərliyinə və müstəqil ekspert qrupuna təşkilatımız adından təşəkkür edirik. Onların müsbət rəyi hesabına bu tip layihələr icra oluna bilir. Bu fakt onu göstərir ki, vətəndaş cəmiyyətinin nümayəndələrinin təqdim etidiyi mövzuların aktuallığı daha önəmlidir. Biz bir QHT kimi istəyirik ki, layihənin sonunda hazırlanan hesabat nəticəsində gənclərin işsizlik probleminə yönəlmiş alternativlər daha asanlıqla müəyyən olunsun və öz növbəsində əlaqədər Dövlət və Qeyri Hökumət qurumları gənclərin işsizlik probleminin həll üçün yeni ideyalar və fəaliyyət planlarının, layihələrinin hazırlanmasına zəmin yaratsınlar”.



Teqlər:





Xəbər lenti