Fond 100 milyon manat borc götürəcək

Fond 100 milyon manat borc götürəcək
  22 İyul 2016    Oxunub:2808
“Əmanətlərin Sığortalanması Fondu 100 milyon manat borclanmaya gedəcək”.
AzVision.az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirilən mətbuat konfransında bildirib.

“Mərkəzi Bankdan hazırda 22 milyon manat vəsait götürmüşük. Əlavə olaraq 100 milyon manat vəsaitə ehtiyac olacaq”.

A.Cavadov qeyd edib ki, lisenziyası ləğv olunan 4 bankda əmanətlər cəmi 187 milyon manat təşkil edir.

“Qorunan əmanətlər 140 milyin manat təşkil edir. 126 milyon manat kompensasiya məbliğidir. Lisenziyası ləğv olunan 4 bank üzrə ümumilikdə kompensasiya olunan əmanətlər 126 956 min manatdır.

“Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 103 969 min manat, qorunan əmanətlərin cəmi 61 949 min manat, kmpensasiya olunan əmanətlər isə 54 885 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 26 324 nəfərdir.

“Zaminbank” ASC-də fiziki şəxlərin ümumi əmanətlərini cəmi 53 632 min manat, qorunan əmanətlərin cəmi 53 631 min manat, kompensasiya olunan əmanətlər isə 36 350 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 10 742 nəfərdir.

“Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 24 272 min manat, qorunan əmanətlərin cəmi 20 956 min manat, kompensasiya olunanlar isə 32 914 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 3 544 nəfərdir.

“Dekabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 5 585 min manat, qorunan əmanətlərin cəmi 3 767 min manat, kompensasiya olunanlar isə 2 807 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 133 nəfərdir”.

İcraçı direktorun sözlərinə görə, hazırda fondun 26 milyon manat vəsaiti var.

AzVision.az


Teqlər:  





Xəbər lenti