Daha bir neçə bank bağlanacaq – Ekspert
Onun sözlərinə görə, bundan sonra daha bir neçə bankın bağlanacağı gözləniləndir.
“Adları çəkilənlər bağlanan sonuncu banklar olmayacaqlar. Neft bumu dövründə yüksək faizlərlə böyük gəlirlər qazanan “ərköyün banklar” post-neft dövrünə hazır ola bilmədilər. Təəssüf ki, öz funksiyalarını tam yerinə yetirməyən, amma lisenziyası geri alınmayan bankların sayı heç də az deyil. Hal-hazırda əmanətçilərin pullarını qaytara bilmədikləri banklar var”.
V.Bayramov qeyd edib ki, dörd bankın hammısı Əmanətlərin Sığortlanması Fondunun üzvləri olduğundan onların müflis elan edilməsi artıq sığorta hadisəsinin baş verməsi deməkdir: “Əmanətçilər öz sığortalanan pullarını fonddan geri almalıdırlar. Bu zaman artıq əmanətlərin hissə-hissə deyil, tam şəkildə qaytarılması həyata keçirilməlidir. Gözlənilir ki, Palata bu banklara müvəqqəti inzibatçı təyin edəcək. Əmanətçilər bundan sonra öz pullarını geri ala bilməlidirlər. Əmanətlərin Sığortlanması Fondu tərəfindən sığortalanan hər bir depozitin son qəpiyinədək əmanətçiyə qaytarılması olduqca vacibdir.
Qeyd edim ki, mövcud qanunvericilikdə məbləğindən asılı olmayaraq bütün depozitlər sığortalanır. Sadəcə, maksiumum divident faizi dollar əmanətləri üzrə 3, manat əmanətlərində isə 12 faizdən çox olmamalıdır”.
AzVision.az