Nazirlikdən dabaq xəstəliyi ilə bağlı açıqlama
Respublikamızın bütün bölgələrində olduğu kimi, Bərdə və Goranboy rayonlarında da heyvanlar arasında dabaq və digər xüsusi təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılıb.
Araşdırma zamanı hələlik ölmüş heyvanların toplanaraq kolbasa sexlərinə verilməsi barədə DBNX-yə heç bir məlumat daxil olmayıb. Əhalidən xahiş edirik ki, hər hansı bir xəstəlikdən ölmüş heyvanların toplanması və ya tədarükü barədə faktla rastlaşarlarsa, bu barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (tel: 012-562-76-13) “qaynar xətt”inə məlumat versinlər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bir daha bildirir ki, respublikada heyvanlar arasında dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur.
AzVision.az
Teqlər: