Azərbaycanlı ekspert Norveçdə mühazirə oxuyub

Azərbaycanlı ekspert Norveçdə mühazirə oxuyub
  29 İyul 2016    Oxunub:10407
İyulun 26-da Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev Norveçin Oslo Universitetinin Beynəlxalq Yay məktəbi çərçivəsində təşkil edilmiş Beynəlxalq Forumda mühazirə ilə çixiş edib.

“Cənubi Qafqaz regionunda münaqişələr və təhlükəsizlik: region nə üçün xüsusi əhəmiyyətlidir” mövzusunda təşkil edilmiş mühazirədə Cənubi Qafqaz regoinunda baş verən silahlı münaqişələr və işğal faktı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişin olmaması (BMT qətnamələri və ATƏT-nin missiyasının uğursuzluğu), böyük dövlətlərin regiona olan marağı və geosiyasi durumunun əhəmiyyəti, Xəzər dənizi və enerji siyasəti, eləcə də regionun gələcək inkişaf perspektivləri və təhlükə potensialları haqqında fikir mübadiləsi aparılıb.

Mühazirə zamanı Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətin, beynəlxalq missiyaların, Azərbaycanın multikultural ənənləri, Cənubi Osetiya, 2008-ci il Gürcüstan-Rusiya müharibəsi kimi məsələlər ətrafında müzakirələr apaırılıb. Mühzairədə Azərbaycan, Gürcüstan, Ukrayna, Norveç, Xorvatiya, Konqo, Nigeriya, Pakistan, ABŞ, Rusiya, Bosniya və Heroqovina, Nepal, Ermənistandan olan iştirakçılar iştirak edirdi.

Sonda, Oslo Universiteti yay məkətbinin direktoru və Oslo Sülh Araşdırmaları İnstitutunun əməkdaşı E. Vannebo Cənubi Qaqfazda silahlı münaqişələr və təhlükəsizlik, eləcə də region ətrafında baş verən geosiyasi yerdəyişmələr və onların yaratdığı təsirlər haqqında dolğun mühazirə və müzakirələr təşkil etdiyi üçün Anar Nağıyevə təşəkkür etdi.



Teqlər:





Xəbər lenti