Bağlanan 4 bankın əmanətçilərinə nə qədər pul veriləcək?
“Əmanətçilər öz banklarını yaxşı tanıyırlar, odur ki, bu dəfə agent bankların bağlanmış bankların özlərinin olmasına qərar verdik. Təbii ki, kompensasiya Fondun xətti və nəzarəti ilə ödəniləcək”, – deyə Azad Cavadov qeyd edib.
O, qeyd edib ki, "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC, "Zaminbank" ASC üzrə ümumilikdə kompensasiya olunan əmanətlər 110 714 min manat təşkil edir.
“Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 87 619 min manat, qorunan əmanətlərin cəmi 61 949 min manat, kompensasiya olunan əmanətlər isə 43 788 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 18 970 nəfərdir.
“Zaminbank” ASC-də fiziki şəxlərin ümumi əmanətlərini cəmi 53 632 min manat, qorunan əmanətlərin cəmi 53 631 min manat, kompensasiya olunan əmanətlər isə 36 350 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 10 742 nəfərdir.
“Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 30 206 min manat, qorunan əmanətlərin cəmi 20 956 min manat, kompensasiya olunanlar isə 27768 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 4 542 nəfərdir.
“Dekabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 5 585 min manat, qorunan əmanətlərin cəmi 3 767 min manat, kompensasiya olunanlar isə 2 807 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 133 nəfərdir.
Qeyd edək ki, 4 bankın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə avqistun 1-dən başlanılacaq.
Aytən Zəhra
AzVision.az