Bağlanan banklar müştərilərinə kompensasiya ödəyir

Bağlanan banklar müştərilərinə kompensasiya ödəyir
  01 Avqust 2016    Oxunub:2080
Bu gündən Bank lisenziyaları ləğv olunmuş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə başlanılıb.
AzVision.az xəbər verir ki, əmanətçilərə kompensasiyalar adıçəkilən banklar tərəfindən veriləcək. "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC, "Zaminbank" ASC üzrə ümumilikdə kompensasiya olunan əmanətlər 110 milyon 714 min manat təşkil edir.

“Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 87 619 min manat, qorunan əmanətlərin cəmi 61 949 min manat, kompensasiya olunan əmanətlər isə 43 788 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 18 970 nəfərdir.

“Zaminbank” ASC-də fiziki şəxlərin ümumi əmanətlərini cəmi 53 632 min manat, qorunan əmanətlərin cəmi 53 631 min manat, kompensasiya olunan əmanətlər isə 36 350 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 10 742 nəfərdir.

“Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 30 206 min manat, qorunan əmanətlərin cəmi 20 956 min manat, kompensasiya olunanlar isə 27768 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 4 542 nəfərdir.

“Dekabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 5 585 min manat, qorunan əmanətlərin cəmi 3 767 min manat, kompensasiya olunanlar isə 2 807 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 133 nəfərdir.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarı ilə "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin lisenziyaları ləğv edilib. Əmanətlərin Sığortalanması Fondu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş 25 iyul 2016-cı il tarixli 01/10-1549 nömrəli məktuba istinadən "Dekabank", "Kredobank", "Parabank" və "Zaminbank"da sığorta hadisəsi baş verdiyini bildirib. "Əmanətlərin sığortalanması haqqında" qanunun 2.1.9-cu maddəsinə müvafiq 25 iyul 2016-cı il tarixi adıçəkilən 4 bankda sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti