`İşgüzar gənclik` layihəsi yekunlaşdı

`İşgüzar gənclik` layihəsi yekunlaşdı
  01 Avqust 2016    Oxunub:2325
“İşgüzar gənclik” layihəsinin bağlanış mərasimi keçirilib.

Mərasimdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, Kempinski Hotel Badamdarın İnsan resursları departamentinin direktoru Fuad Mürsəlov, “ASAN Kadr” Karyera mərkəzinin rəhbəri Ləman Əhmədova çıxış edərək layihənin aktuallağından, gənclərə yaratdığı karyera imkanlarından danışıblar.

Qeyd edək ki, “ASAN school” könüllülük proqramının “ASAN Kadr” Karyera mərkəzi, Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyi, Binəqədi rayon Gənclər və İdman idarəsi, YAP Binəqədi rayon təşkilatının qarşılıqlı əməkdaşlığı çərçivəsində həyata keçirilən “İşgüzar Gənclik” layihəsinin əsas məqsədi turizm sahəsi üzrə kadrların formalaşdırılmasına tövhə verməkdir.


Teqlər:





Xəbər lenti