Bağlanan banklar müştərilərinə 1 milyona yaxın pul verib

Bağlanan banklar müştərilərinə 1 milyona yaxın pul verib
  02 Avqust 2016    Oxunub:1658
Əmanətlərin Sığortalanması Fondu avqustun 1-dən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC -nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.
Fonddan AzVision.az-a bildirilib ki, 1 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 561 529 manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 199 830 manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 65 270 manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 123 365 manatdan artıq kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 949 994 manatdan artıq kompensasiya ödənilib:

`Nəzərinizə çatdırmaq istərdik ki, 25 iyul 2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin baş ofisinə, “Parabank” ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

Kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər 1 avqust 2016-cı il tarixindən etibarən sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə edə bilərlər`.

AzVision.az


Teqlər:





Xəbər lenti