`Xəzər Dəniz Gəmiçiliyi`nin kapitalı artırıldı

`Xəzər Dəniz Gəmiçiliyi`nin kapitalı artırıldı
  04 Avqust 2016    Oxunub:1909
Baş nazir Artur Rasizadə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nizamnaməsi və strukturunun təsdiq edilməsi barədə 24 yanvar 2014-cü il tarixli qərarınında dəyişiklik edib.
AzVision.az xəbər verir ki, dəyişikliyə əsasən, şirkətin nizamnamə kapitalı 14,77% və ya 56 milyon 630 min 377 manat artırılıb.

QSC-nin nizamnamə kapitalı 440 milyon 50 min 998 manata, səhmlərin sayı 440 milyon 50 min 998-ə çatdırılıb.

Qeyd edək ki, indiyənə qədər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin kapitalı hər birinin nominal dəyəri bir manat olan 383 milyon 420 min 621 səhm əsasında formalaşmışdı.

Daha ətraflı BURADAN oxuya bilərsiniz.

AzVision.az




Teqlər:





Xəbər lenti