`Rio–2016`-da faciə - İdmançının beli qırıldı (Video)

`Rio–2016`-da faciə - İdmançının beli qırıldı (Video)
  08 Avqust 2016    Oxunub:27246
“Rio–2016” Olimpiya Oyunlarında daha bir idmançı ciddi zədə alıb.
AzVision.az xəbər verir ki, Hollandiya komandasını təmsil edən velosipedçi xanım Annemik van Vlyuten sürətli yürüş zamanı idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində idmançının onurğası sınıb. Xəstəxanaya çatdırılan idmançıya həmçinin baş beyin silkələnməsi xəsarətləri qoyulub.

Qeyd edək ki, hadisə baş verən yerdə həmin idman üzrə kişilər arasında keçirilən yarışda italyan atlet da yıxılmışdı.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti