Azərbaycan Rusiyadan yeni təyyarələr alır

Azərbaycan Rusiyadan yeni təyyarələr alır
  09 Avqust 2016    Oxunub:2718
“Azərbaycan Rusiyanın “MS-21” təyyarələrini almaqda maraqlıdır”.
AzVision.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin deyib. Onun sözlərinə görə, Azərbaycan Rusiyadan ən azı 10 ədəd “MS-21” tipli təyyarənin alınmasına dair müqaviləni 2017-ci ilin fevral ayında imzalaya bilər:

“Biz planlaşdırırıq ki, bu müqavilə cari ilin sonunda, ya da 2017-ci ilin əvvəlində baş verəcək” - deyə Roqozin bildirib.

Roqozin həmçinin Azərbaycanın “An-124” təyyarələrinin almaqda maraqlı olduğunu da diqqətə çatdırıb: “Bu çox ciddi razılaşmadır. Bu müqavilə də növbəti il həyata keçəcək”.

Qeyd edək ki, Azərbaycanın “Silk Way Airlines” aviasiya şirkəti ilə Rusiyanın “İlyuşin Finans” şirkəti arasında An-124-100 yükdaşıma təyyarələrinin alqı-satqısına dair müqavilə bağlanıb. Müqaviləyə əsasən təyyarənin alınması lizinq yolu ilə həyata keçiriləcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti