19 qat çempion kürəyinə banka qoydurdu- FOTO

19 qat çempion kürəyinə banka qoydurdu- FOTO
  09 Avqust 2016    Oxunub:14649
Əfsanəvi Amerikalı üzgüçü Maykl Felps yenə gündəmə gəlib.
Xəbər verdiyimiz kimi Amerikalı üzgüçü Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında 19-cu dəfə qızıl medal qazanıb.

AzVision.az-ın məlumatına görə, məşhur üzgüçü bu dəfə qazandığı medala görə deyil, belindəki banka izləri ilə gündəmə gəlib. Belə ki, 19 qat olimpiya çempionun bədənindəki banka izləri tamaşaçıların marağına səbəb olub.



Məlum olub ki, üzgüçü kürək və qol nahiyyələrinə banka qoydurub.

Qeyd edək ki, idmançının bədənindəki izlər Azərbaycanda kifayət qədər populyar olan "bankalama" terapiyasıdır. Banka qoymağın insan sağlamlığına iki əsas xeyrinin olduğu deyilir. Belə ki, qan dövranını sürətləndirir və əzələləri ağrılardan xilas edir. Məhz əzələlərin yaxşı hala gəlməsinə görə "bankalama" idmançılar arasında populyarlaşıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti