Nazirliyə bir ayda 6 min müraciət edilib

Nazirliyə bir ayda 6 min müraciət edilib
  09 Avqust 2016    Oxunub:1386
İyul ayı ərzində vergi orqanlarına 6 min 682 müraciət daxil olub. Onlardan 95,8 faizi ərizə, 4 faizi şikayət, 0,2 faizi isə təklifdir.
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən AzVision.az–a bildiriblər ki, müraciətlərin 39,7 faizi müxtəlif arayışların alınması, 28,2 faizi kameral vergi yoxlamaları, 7,2 faizi vergi borcları, 1,9 faizi vergidən yayınma və dividendlərin verilməsi, 1,8 faizi səyyar vergi yoxlamaları, 1,0 faizi qəbulla bağlı, 0,9 faizi nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 0,5 faizi işlə təmin edilməklə bağlı, 0,4 faizi qanunsuz sahibkarlıq fəaliyyəti, 0,4 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,3 faizi korrupsiya hüquqpozmaları, 17,7 faizi digər məsələlərlə bağlıdır. Bütün müraciətlərə vaxtında baxılıb, onların 63,3 faizi müsbət həll olunub.

Hesabat dövründə daxil olmuş şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,6 faiz azalıb. Bu dövrdə vergi orqanları tərəfindən ümumilikdə 396 vətəndaş qəbul edilərək onlara qanunvericilik çərçivəsində lazımi kömək göstərilib və ya müvafiq izahatlar verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti