Sabunçuda qaz olmayacaq

Sabunçuda qaz olmayacaq
  10 Avqust 2016    Oxunub:1847
Bu gün Bakı şəhəri Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması ilə əlaqədar avqustun 10-da saat 09:00-dan 18:00- dək Sabunçu rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Binəqədi rayonu Sulutəpə ərazisinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

AzVision.az


Teqlər:





Xəbər lenti