10 ildə vergi daxilolmaları 5 dəfə artıb - Nazir müavini
Onun sözlərinə görə, qeyri-neft-qaz sektorundan daxilolmaların ümumi vergi daxilolmalarında xüsusi çəkisi hazırda 70%- çatır.
Nazir müavini elektron xidmətlərin tətbiqi sahəsində görülən işlərə toxunaraq hazırda vergi ödəyicilərinin təxminən 90 faizinin vergi bəyannamələrini elektron şəkildə təqdim etdiyini vurğulayıb:
“Artıq vergi ödənişləri plastik kartlarla internet üzərindən də həyata keçirilə bilir, dünya təcrübəsində ən mütərəqqi yeniliklərdən olan “E-audit” və “Asan imza” kimi mühüm layihələr yalnız regionda deyil, ümumilikdə postsovet məkanında ilk olaraq məhz Azərbaycanın vergi sistemində reallaşdırılıb. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan e-qeydiyyat sisteminin uğurlu tətbiqi üzrə dünyanın aparıcı dövlətləri sırasındadır”.
Nazir müavini əlavə edib ki, ölkədə həyata keçirilməsi planlaşdırılan vergi islahatlar üç istiqamətdə aparılacaq: “ İstiqamətlərdən biri vergi yükünün optimallaşdırılması ilə bağlıdır. Hazırda bizdə vergi yükü 39,8%-dir. Bu, əksər ölkələrdən aşağı olsa da, region ölkələrindən bir qədər yüksəkdir. Odur ki, bu yükün azaldılması nəzərdə tutulub”.
İ.Vəliyev digər istiqamətərin isə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və vergi potensialının artırılması ilə bağlı olduğunu deyib: “Burada söhbət rəqəmsal ticarətin vergiyə cəlb edilməsindən, transfer qiymətlərinin tətbiqindən gedir”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: