Pərakəndə ticarət dövriyyəsi 2% artıb

Pərakəndə ticarət dövriyyəsi 2% artıb
  12 Avqust 2016    Oxunub:1221
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlakçılara 16169,5 mln. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,0% çox məhsul satılıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 2,8%, qeyri-ərzaq məhsulları üzrə isə 0,6% artıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,5%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4%-i elektrik malları və mebelin, 5,7%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,8%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti