Kommunal xidmətlər müzakirə olundu
Vurğulanıb ki, infrastruktur sahələri üzrə əsas dövlət müəssisələrinin fəaliyyətinin nəticələri üçün müddətlər və hədəflər müəyyən edilməlidir. Dövlət tərəfindən vəsaitin ayrılması isə dövlət müəssisələri üçün stimulların yaradılmasından ötrü fəaliyyətin nəticələrinə əsaslanmalıdır. Fəaliyyətin nəticələri üzrə hədəflər 2 kateqoriyaya bölünür: əməliyyat və institusional hədəflər.
Alt işçi qrupunun müzakirələri zamanı səslənən təkliflər sistemləşdirilərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədində nəzərə alınması üçün işçi qrupa təqdim edilib.
AzVision.az