Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı
  12 Avqust 2016    Oxunub:2070
Azərbaycan əhalisinin sayı bu ilin əvvəlindən 49,9 min nəfər və ya 0,5% artaraq iyul ayının 1-i vəziyyətinə 9755,5 min nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub.

Əhalinin ümumi sayının 53,1%-ni şəhər, 46,9%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür

AzVision.az


Teqlər:  





Xəbər lenti