Bakıda klinikaya basqın edilib

Bakıda klinikaya basqın edilib
  18 Avqust 2016    Oxunub:2074
Bakıda naməlum şəxslər klinikaya basqın ediblər.
AzVision.azDaxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 17-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən klinikalardan birində 2 naməlum şəxs orada işləyənlər - Bakı şəhər sakinləri Xəyalə Piriyevaya və Səlim Eyvazova zor tətbiq edərək X.Piriyevaya məxsus mobil telefonu alıblar.

Binəqədi rayon Polis İdarəsi (RPİ) 6-cı Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Fikrət Rzayev və Fəhmin Atakişiyev tutulublar.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti