Rusiya qırıcıları Həmədanda qalacaqmı?

Rusiya qırıcıları Həmədanda qalacaqmı?
  22 Avqust 2016    Oxunub:1937
Rusiya Hərbi Kosmik Qüvvələri (HKQ) Həmədan aviabazasından terrorçuluqla mübarizədə qarşılıqlı razılıq əsasında və Suriyada mövcud vəziyyətdən asılı olaraq istifadə edəcək.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin xüsusi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, Suriyada terrorçuların olduğu əraziləri bombalayan Rusiya təyyarələri qarşıya qoyulan bütün tapşırıqları tam və uğurla yerinə yetirib: “Təyyarələr hazırda Rusiya ərazisindədir” - deyə, o əlavə edib.

Dövlət Dumasının Müdafiə məsələləri üzrə komissiyasının sədr müavini Sergey Jiqarev bildirib ki, Rusiya Müdafiə Nazirliyi İranın Həmədan aviabazasından müvəqqəti istifadə edib:

“İşimiz bitdikdən sonra biz oranı tərk etdik. Dövlət Dumasına o bazanın icarəyə götürülməsi ilə bağlı layihə təqdim edilməyib”.

AzVision.az


Teqlər:





Xəbər lenti