Rusiyadan ermənilər zərbə: Permyakov ölkədən çıxardılır

Rusiyadan ermənilər zərbə: Permyakov ölkədən çıxardılır
  23 Avqust 2016    Oxunub:6109
Rusiyalı hərbçi Permyakov cəzasını çəkmək üçün öz ölkəsinə göndəriləcək.

“Bu gün Şirak vilayətinin ümumi ədliyyə məhkəməsində 2015-ci ilin yanvar ayının 12-də Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirməkdə ittiham edilən, Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakova hökm oxunacaq”.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Permyakov gözlənildiyi kimi ömürlük həbs cəzası alacaq.

“Joxovurd” qəzeti isə, Permyakovun cəzasını çəkmək üçün Rusiyaya göndəriləcəyini yazıb: “Ermənistan və Rusiya hakimiyyəti bunun Ermənistanda etirazla qarşılanacağını bildiklərindən Permyakovu 2013-cü il iyulun 13-də avtomobil qəzası törətdiyi üçü Rusiya həbsdə olan Qraç Arutyunyanla dəyişməyi müzakirə edir.Başqa sözlə, Permyakov Rusiyaya yola salınan kimi Arutyunyanın da Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verildiyi elan olunacaq”, - qəzet yazır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti