Lənkəranskinin adamını Rusiyadan deportasiya etdilər

Lənkəranskinin adamını Rusiyadan deportasiya etdilər
  23 Avqust 2016    Oxunub:3611
Məşhur azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski” İstanbulda güllələnəndən sonra onun mafiyasının üzvü olan “vor zakon”u Moskvadan məcburi deportasiya ediblər.
AzVision.az “Prestupnaya Rossiya” saytına istinadən xəbər verir ki, “Çia” ləqəbli Laşa Bereteli Gürcüstana deportasiya edilib.

Maraqlı məqam bundan ibarətdir ki, Gürcüstanda “vor zakon” adı daşımağa görə böyük həbs müddəti nəzərdə tutulduğu halda “Çia”nın həbsi, yaxud ona qarşı ittihamın irəli sürülməsi haqda məlumat yoxdur. Məlumata görə “Çia” Gürcüstanda dayanmayacaq və Rövşənin öldürüldüyü yerə - İstanbula gedəcək.

Qeyd edək ki, bu yaxınlarda “Çia”nın başına qeyri-adi əhvalat gəlmişdi. Sankt-Peterburqda onun dostu, kriminal aləmdə “Zura Kaxetinets” ləqəbi ilə tanınan Serqo Tsotsxalaşvili saxlanılıb. “Çia” isə bunu eşidərək polis bölməsinə gedib. Lakin onu polis bölməsində tanıyıblar və həbs edərək İstintaq İdarəsinə təhvil veriblər. Dostunu isə buraxıblar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti