Danışıqlar başladı: ABŞ Güləni qaytaracaqmı?

Danışıqlar başladı: ABŞ Güləni qaytaracaqmı?
  23 Avqust 2016    Oxunub:2268
ABŞ-ın Fətullah Güləni Türkiyəyə qaytarılması ilə bağlı iki ölkə arasında danışıqlıqlar başlayıb.
AzVision.az "Haberturk"ə istinadən xəbər verir ki, məsələni müzakirə etmək üçün ABŞ-dan Türkiyəyə 4 nəfərlik nümayəndə heyəti gəlib. Nümayəndə heyətinin tərkibində ABŞ Ədliyyə Nazirliyinin 3, Dövlət Departamentinin isə bir əməkdaşı var.

Bu gun iki ölkə təmsilçilərin görüşü olub. Türkiyə tərəfi ölkədə baş verən 15 iyul qiyamının təşkilində Fətullah Gülənin olmasının sübutlarını ABŞ təmsilçilərinə təqdim edib.

Qeyd edək ki, rəsmi Ankara ABŞ-dan Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini istəyir.

AzVision.az


Teqlər:





Xəbər lenti