Türkiyədə növbəti terror: 3 əsgər şəhid oldu

Türkiyədə növbəti terror: 3 əsgər şəhid oldu
  23 Avqust 2016    Oxunub:1783
Türkiyənin Şırnak vilayətinin Uludərə bölgəsində hərbiçilərə qarşı terror aktı törədilib.

AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən xəbərinə görə, hadisə nəticəsində Türkiyə ordusu biri baş leytenant olmaqla, iki əsgər şəhid verib.

Məlumata görə, terrorçular hadisəni zirehli hərbi maşının yolla hərəkəti zamanı kustar üsulla hazırlanan bombanı partlatmaqla törədiblər.

Hadisədən dərhal sonra bölgədə əməliyyat başlayıb. Hərbiçilərə qarşı pusqunu hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti