708 nəfərin ölkədən çıxışına qadağa qoyuldu
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən, vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir”, - deyə nazirlikdən qeyd edilib.
Nazirlikdın bildirilib ki, 308 nəfər fiziki şəxsin, 400 nəfər isə hüquqi şəxslərin icra orqanlarının rəhbərləri vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılıb.
AzVision.az
Teqlər: