PKK-dan növbəti hücum: Ölən və yaralılar var

PKK-dan növbəti hücum: Ölən və yaralılar var
  24 Avqust 2016    Oxunub:2903
Türkiyənin Diyarbakır rayonunun Lice qəsəbəsində bir qrup PKK terrorçusu hərbi bazaya qumbaraatan və iriçaplı avtomatlarla hücum edib.
AzVision.az “Milliyət”ə istinadən verdiyi xəbərə görə, hadisə zamanı 4 nəfər əsgər şəhid olub, 8 əsgər isə yaralanıb.

Hücumu təşkil edən terrorçuları zərərsizləşdirmək üçün havadan əməliyyatlara başlanılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti