Türk əsgəri Suriyada nə qədər qalacaq? - Nazir açıqladı

Türk əsgəri Suriyada nə qədər qalacaq? - Nazir açıqladı
  25 Avqust 2016    Oxunub:3513
“Suriyada apardığımız “Fərat Qalxanı” əməliyyatı planlı bir şəkildə davam edir”.

AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən xəbərinə görə, bu barədə Türkiyənin müdafiə naziri Fikri İşıq bildirib.

Nazir deyib ki, Türkiyə Cerablusun İŞİD-dən təmizlənməsində Azad Suriya Ordusuna (ASO) bütün dəstəyi verir: “Dünən Cerablus nəzarət altına alınmışdı. Bu gün isə İŞİD-dən “təmizlənmə” işi aparılır. Əməliyyatı ASO aparır. Türkiyə silahlı qüvvələri isə dəstək verir”.

F.İşıq əməliyyatın məqsədi və müddəti barədə də açıqlama verib: “Əməliyyatın iki əsas məqsədi var. Birinci sərhədlərimizin təhlükəsizliyinin təminat altına alınmasıdır. İkinci isə PYD və YPG-nin orada varlığına son qoymaqdır. Təəssüf ki, hazırda Suriyada dövlət yoxdur. Türkiyə olaraq biz Suriyanın ərazi bütövlüyünü müdafiə edirik. Ona görə də ASO ərazidə nəzarəti tam əlinə alana qədər orada qalacağıq”.

Nazir qeyd edib ki, Rusiya və ABŞ Türkiyənin Suriyada hərbi əməliyyatlara başlaması barədə məlumatlandırılıb: “Bundan sonra İrana da hərbi əməliyyatlar barədə məlumat verilib. Suriya rejimi ilə isə açıq təmasımız olmadı. Çünki, Əsəd Suriyanın gələcəyində rol oynaya bilməz”.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti