Türkiyə baş naziri Azərbaycana gəlir
“Energetika və nəqliyyatda meqa-layihələr” adı altında təşkil olunacaq bu tədbirin açılışında və işində Türkiyə Cumhuriyyətinin baş baziri Binəli Yıldırımın iştirak edəcəyi qeyd olunub. Təşkilat Komitəsi tərəfindən SOCAR prezidenti Rövnəq Abdullayevi Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin fəxri üzvü kimi qurultaya dəvət etmək haqqında qərar qəbul olunduğu bildirilib. TPAO şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri S.Dündar Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Demirçinin imzaladığı dəvətnaməni SOCAR prezidenti R.Abdullayevə təqdim edib
Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmasını və Bakıda keçirilməsini yüksək qiymətləndirən SOCAR prezidenti R.Abdullayev qurultayın fəxri nümayəndəsi statusuna layiq görüldüyü üçün təşəkkürünü bildirib.
AzVision.az
Teqlər: