Rövnəq Abdullayev `Petkim`ə görə Türkiyəyə gedib
İclasdan sonra SOCAR-ın prezidenti Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakla görüşüb. O, şirkətin Türkiyədə həyata keçirdiyi layihələr üzrə görülən işlərin hazırkı vəziyyəti haqqında məlumat verib, qarşıdakı mərhələlərdə planlaşdırılan tədbirlərdən danışıb. SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr, xüsusilə TANAP, “STAR” neft emalı zavodu, Petkim və Petlim layihələri çərçivəsində inşaat işlərinin gedişindən məmnunluğunu bildirən nazir bu layihələrin Türkiyə və Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak SOCAR-ın Türkiyədə ən önəmli investorlardan biri olduğunu nəzərə çatdırıb, şirkətin fəaliyyətinin Türkiyə hökuməti tərəfindən dəstəkləndiyini və bundan sonra da dəstəklənəcəyini söyləyib.
SOCAR prezidenti avqustun 24-də İzmirə gedib, şirkətin əsas layihələrinin həyata keçirildiyi Əliağa yarımadasında olub. Əvvəlcə “STAR” neft emalı zavoduna baş çəkən Rövnəq Abdullayev inşaat sahələrini gəzmiş, görülən işlərlə yerində tanış olub. Şirkət prezidentinə məlumat verilib ki, zavodun tikintisi qrafikə uyğun aparılır. Daha sonra Petkimin istehsalat sahələrində və Petlimdə olan Rövnəq Abdullayev işlərin gedişi ilə maraqlanmış, ona məruzə olunub ki, işlər normal ahəngi ilə davam edir. SOCAR prezidenti “STAR” NEZ, Petkim və Petlimdə tikinti və istismar işlərinin gedişindən razılığını bildirib, konkret məsələlərlə bağlı menecer heyətinə tapşırıqlar verib.
AzVision.az
Teqlər: