Nazir: “Keniya Azərbaycanla əməkdaşlıqda maraqlıdır”

Nazir: “Keniya Azərbaycanla əməkdaşlıqda maraqlıdır”
  26 Avqust 2016    Oxunub:1270
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Keniyanın xarici işlər və beynəlxalq ticarət üzrə naziri xanım Əminə Məhəmməd ilə görüşüb.
Azərbaycanın Efiopiyadakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, E.Abdullayev Azərbaycanın regionun lider dövləti olduğunu, regionda irimiqyaslı layihələrin həyata keçirilməsində məhz rəsmi Bakının aparıcı rol oynadığını və bir çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini keniyalı rəsminin diqqətinə çatdırıb.

Ə.Məhəmməd ölkəsinin Azərbaycanla əməkdaşlıq etməyə maraqlı olduğunu və əməkdaşlığın aparılması üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı perspektivləri, o cümlədən tərəflər arasında iqtisadi, mədəniyyət və turizm, elm və təhsil sahələri üzrə əməkdaşlıq müzakirə edilib və bu münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti