Kılıcdaroğluna hücumu PKK öz üzərinə götürdü

Kılıcdaroğluna hücumu PKK öz üzərinə götürdü
  26 Avqust 2016    Oxunub:2115
PKK terror təşkilatı Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlunun kortejinə silahlı basqını öz üzərinə götürüb.

AzVision.az-ın məlumatına görə, bu barədə xəbəri “Reuters” yayıb.

PKK hədəfinin Kılıcdaroğlu yox, hərbi kortej olduğunu müdafiə edib.

Bundan başqa terror təşkilatı bu gün səhər saatlarında Cizrədə 11 polisin şəhid, 75-i polis olmaqla 78 nəfərin yaralandığı hücumu da öz üzərinə götürüb.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti