Aygün Kazımova erməni təxribatının qarşısını aldı - VİDEO
Bu xəbər həm Aygün Kazımovaya, həm də komandasına konsert öncəsi böyük stress yaşadıb.
Ermənilərin planının qarşısını almaq üçün Aygün Kazımova dərhal təşkilatçılardan, tədbirin rejissorundan bunun qarşısını almağı tələb edib və buna etirazını bildirib. Aygün Kazımova bildirib ki, "Sarı gəlin" Azərbaycan xalq mahnısıdır. Erməni müğənnisinin bu mahnını ifa edib, mükafat alması böyük qalmaqala səbəb olacaq. Həmçinin əlavə edib ki, ermənilər müsabiqəyə siyası don geyindirmək istəyir. Çətinliklə də olsa, Aygün Kazımova erməni müğənni Siruşonun ifasına az qalmış repertuarını dəyişdirə bilib və o, illər əvvəl ifa etdiyi "Kele-kele" mahnısını ifa etməli olub.
Səhnəyə çıxan Aygün Kazımova Azərbaycana, həmvətənlərinə və xüsusilə də, Qarabağa sevgisini yollayıb.
Qeyd edək ki, tədbirdə Ermənistanı 2 müğənni təmsil edib.
Teqlər: