Bakıdan Gəncəyə sürət qatarı işləyəcək

Bakıdan Gəncəyə sürət qatarı işləyəcək
  07 Sentyabr 2016    Oxunub:2292
2017-ci ilin sonunadək Bakı-Gəncə sürət qatarının istifadəyə verilməsi nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Bakı-Gəncə istiqaməti üzrə qatarların sürəti saatda 100-140 kilometr təşkil edəcək.

“İstifadəyə veriləcək sürətli qatarlarda qiymət təqribən 15 manat olacaq. Sərnişinlər qatarlarda Wi-Fi sistemindən istifadə edə biləcəklər. Bakıdan Gəncəyə olan məsafəni bu qatarlarla 3,5 saata çatmaq mümkün olacaq”, - deyə C.Qurbanov vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti