Əmanətçilərə 240 milyon kompensasiya ödənilib

Əmanətçilərə 240 milyon kompensasiya ödənilib
  07 Sentyabr 2016    Oxunub:1610
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilmiş 9 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan AzVision.az-a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 239,042 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 21,933 mln. manat, “Zaminbank” ASC-nin qorunan əmanətçiləri 40,581 mln. manat, “Kredobank” ASC-nin qorunan əmanətçiləri 16,434 mln. manat, “Dekabank” ASC-nin qorunan əmanətçiləri 2,758 mln. manat, “Atrabank” ASC-nin qorunan əmanətçiləri 11,097 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçiləri 1,514 min manat, “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçiləri 24,091 mln. manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçiləri 926 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri isə 119,709 mln. manat kompensasiya alıblar.

Ümumilikdə fond tərəfindən 9 bank üzrə 239 mln. 42 min manatdan artıq kompensasiya ödənilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti