Bu banklar dollar limitini ləğv etdi

Bu banklar dollar limitini ləğv etdi
  08 Sentyabr 2016    Oxunub:2753
Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları nağd ABŞ dollarını limitsiz satmağa başlayıb.
AzVision.az-ın "Report"a istinadən məlumatına görə, söhbət "Bank Respublika" və "Azər-Türk Bank" ASC-lərdən gedir. Bu banklardan bildirilib ki, müştərilər kassaya yaxınlaşmaqla istədikləri qədər nağd dollar ala bilərlər.

"Atabank"dan da limitsiz dollar almaq mümkündür. Lakin bunun üçün ilk növbədə bankın "Qaynar xətti" ilə əlaqə saxlamaq və kassada dolların olduğu filiala getmək lazımdır.

Bəzi banklar isə dolların limitini artırıb. Məsələn, "Azərbaycan Sənaye Bankı"nda hazırda müştərilərə 500 dolları keçməmək şərti ilə nağd valyuta satılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti