Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılışı olub

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılışı olub
  19 Aprel 2024    Oxunub:717
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi baş tutub.
AzVision.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə əvvəlcə federasiyanın yeni talismanları: zərif ceyran və cəsur tülkü ictimaiyyətə təqdim edilib. Ardınca iştirakçı ölkələrin dövlət bayraqları arenanın mərkəzinə gətirilib.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, paytaxtımızın gimnastika növləri üzrə daha bir nüfuzlu yarışı qəbul etməsini ölkəmizdə idmana göstərilən diqqət və qayğının nümunəsi kimi dəyərləndirib. Bakının dünya gimnastikasının əsas mərkəzlərindən biri olduğunu deyən nazir, Azərbaycanın idman uğurlarının artdığını və gimnastikanın ildən-ilə daha da inkişaf etdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yarışda 41 ölkəni təmsil edən 116 idmançı iştirak edir. Ənənəyə uyğun olaraq kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq. Yarışa aprelin 21-də yekun vurulacaq.

AzVision.az


Teqlər: idman   bədii-gimnastika   Dünya-Kuboku   Bakı  





Xəbər lenti