Uşağı doğub zibil qabına atdı

Uşağı doğub zibil qabına atdı
  17 Aprel 2024    Oxunub:815
Rusiya mediası ananın dünyaya gətirdiyi övladını zibil qabına atmasından yazır. Hadisə Omsk vilayətində qeydə alınıb.
Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə idarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, Odeskoye kənd sakini 33 yaşlı qadın parkda doğduqdan sonra körpəni dərhal zibil qabına tullayıb. Kənd sakininə qarşı cinayət işi açılıb.

"Hadisə Pervomayskaya küçəsində yerləşən meşə parkında baş verib. İstintaq zamanı məlum olub ki, qadın valideynləri və iki yaşlı qızı ilə birgə yaşayırmış. O, ikinci övladını böyütmək istəmirmiş. Qadın qızı ilə gəzərkən parkda doğub və körpəni zibil qablarından birinə ataraq evə gedib", - Qazeta.ru yazıb.

Yeni doğulmuş oğlanı bir neçə saat sonra yoldan keçənlər aşkar ediblər. Məlum olub ki, körpənin soyuq havada xeyli qalmasına baxmayaraq ağır xəstəlik tapmayıb, sağlam olub. O, hipotermiya alsa da, həkimlər vaxtında ona kömək edə biliblər.
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti