Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
  17 Aprel 2024    Oxunub:757
Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar məlum olub.
AzVision.az xəbər verir ki, günün ilk oyununda "NTD-İndiqo" və "Xəzri" komandaları üz-üzə gəliblər. Görüş ikincilərin 78:73 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da paytaxt təmsilçisi adını finala yazdırıb.

Günün ikinci matçında "Neftçi" ilə "Sərhədçi" komandası qarşılaşıb. Rəqibinə 91:73 hesabı ilə qalib gələn "ağ-qaralar" həlledici mərhələyə adlayıb.

"Xəzri" və "Neftçi" arasında baş tutacaq final matçı aprelin 20-də keçiriləcək.

AzVision.az


Teqlər: idman   basketbol  





Xəbər lenti