“ASAN xidmət”in fəaliyyəti Qazaxıstan televiziyasında - VİDEO
Həmçinin vurğulanıb ki, “ASAN xidmət” mərkəzlərində operativ və şəffaflıq prinsipləri əsasında 300-dən çox xidmət göstərilir. Korrupsiya ilə mübarizə məqsədi ilə yaradılmış mərkəzlərdə vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 98-100 % arasında dəyişir. Bildirilib ki, nəğd ödənişlər vətəndaşlarla dövlət orqanlarının nümayəndələri arasında deyil, yalnız mərkəzlərdə olan bank xidmətləri vasitəsi ilə həyata keçirilir. Burada heç bir korrupsiyadan söz gedə bilməz.
O da bildirilib ki, kiçik və orta ailə təsərrüfatlarına dəstək göstərməklə Azərbaycanın sosial biznes modeli olan “ABAD” ailə biznesinin inkişafına böyük töhfələr verir.
Azvision.az
Teqlər: ASAN-Xidmət TV Qazaxıstan