Şimali Koreya Çini dəstəklədi
Açıqlamada deyilir ki, hazırki vəziyyət ABŞ-ın başqa dövlətlərin daxili işlərinə müdaxiləsini, qərəzli siyasətinin və hərbi təxribatlarının həqiqətən də regionda sülhün və təhlükəsizliyin pozulmasının əsas səbəbi olduğunu açıq göstərir.
Qeyd edək ki, rəsmi Pekinin sərt etirazına və xəbərdarlığına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri xanım Nensi Pelosi avqustun 2-də Tayvan adasına səfərə gəlib. Rəsmi Pekin Birləşmiş Ştatları “Vahid Çin” siyasətini, habelə Çinin ərazi bütövlüyünü və suverenliyini pozmaqda, regionda vəziyyəti gərginləşdirməkdə ittiham edir. Çin bu addıma sərt cavablar verəcəyini bildirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


