"Təlimlər suüstü, sualtı, hava, sahil və dəniz raket bölmələrinin iştirakı ilə baş tutacaq. Təlimlərdə pilotsuz uçuş aparatları (PUA) da işlədiləcək", – Həsəni deyib.
Digər tərəfdən, bu gün İranın müdafiə naziri Əziz Nəsirzadə yerli mətbuata müsahibəsində diqqətə çatdırıb ki, İsrailin gələcəkdə mümkün hücumuna qarşı daha böyük imkanlara malik raketlər hazırlanıb.
|
| İran İsraili yeni raketlərlə hədələyir |
"12 günlük müharibədə işlətdiyimiz raketlər bir neçə il əvvəlin istehsalı idi. Hazırda onlardan qat-qat artıq imkanlara malik raketlər düzəldib hazır saxlamışıq. İsrail yenidən "macəraya atılarsa", həmin raketləri işə salacağıq", – nazir vurğulayıb. Hərçənd raketlərin "yeni imkanlar"ını açıqlamayıb.
Xatırladaq ki, iyunun 13-dən 25-dək İran və İsrail arasında raket hücumlarına əsaslanan müharibə baş verib. ABŞ-nin də İsrail tərəfinə dəstək verdiyi müharibə ərzində İran ərazisindəki bir çox nüvə obyekti hədəfə alınaraq sıradan çıxarılıb.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


