Overçuk: "Münasibətləri yaxşılaşdırmağa çalışırıq"

      Overçuk:    "Münasibətləri yaxşılaşdırmağa çalışırıq"
  01 Sentyabr 2025    Oxunub:1587
"Moskva və Bakı ölkələr arasında münasibətləri yaxşılaşdırmaq istiqamətində iş aparır".
Bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ölkənin "Vedomosti" qəzetinə müsahibəsində dilə gətirib. O vurğulayıb ki, ötən günlərdə hökumətlərarası komissiyada da bu məsələyə toxunulub, iqtisadi sahədə əməkdaşlığın irəlilədiyi vurğulanıb.

"Rusiya ilə Azərbaycan arasında mövcud əməkdaşlıq ölkələrimiz üçün çox vacibdir. Hər iki tərəf çalışır ki, münasibətlər yaxşılaşsın", – Overçuk bildirib.

Digər tərəfdən, Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, bu gün Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammiti çərçivəsində İlham Əliyev ilə Vladimir Putinin görüşü gözlənilir.
Rusiya və Azərbaycan Baş nazirlərinin müavinləri görüşəcəklər

Xatırladaq ki, avqustun 22-də Həştərxan şəhərində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə rusiyalı həmkarı Aleksey Overçukun rəhbərliyində iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçirilib. Tərəflər protokol imzalayıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Azərbaycan   münasibətlər  



Xəbər lenti