“Biz Suriyanın yenidən qeyri-sabitliyə sürüklənməsinə heç vaxt yol verməyəcəyik. Türkiyə o ölkədə baş verən bütün hadisələri diqqətlə izləyir. Suriya Demokratik Qüvvələri (SDQ) vədlərinə əməl etməli və Suriya ilə inteqrasiyanı tamamlamalıdır. Suriya hökuməti Hələbdəki gərginliyə həssas yanaşır və SDQ-nin 10 mart razılaşmasına əməl etməsinin gözlənildiyini bildirib”, - Türkiyə lideri vurğulayıb.
|
| Ərdoğan ABŞ-dən ədalət tələb edir |
- Türklərin, kürdlərin və ərəblərin ittifaqı regionda davamlı sülh və sabitliyin açarıdır”, - Türkiyə prezidenti söyləyib.
Onun sözlərinə görə, təxribatlara getmək olmaz. Suriya lideri və onun administrasiyası Ankaranın fikirlərini bölüşür və Türkiyə Suriya xalqını dəstəkləməyə davam edəcək.
Jurnalistlərə açıqlamasında Rəcəb Tayyib Ərdoğan həmçinin Amerikanın “F-35” təyyarəsinin istehsalı prosesində Türkiyənin iştirakının bərpa olunması ilə bağlı Vaşinqtonun ədalətli mövqe sərgiləyəcəyini gözlədiyini vurğulayıb.
Xatırladaq ki, iki gün əvvəl Suriyamnın Hələb vilayətinin şərqində “Suriya Demokratik Qüvvələri” (SDQ) kürd koalisiyasının döyüşçüləri ilə Suriya ordusunun bölmələri arasında toqquşmalar baş verib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


