Bakıda Praktik Psixoloqlar Forumu keçirilib

Bakıda Praktik Psixoloqlar Forumu keçirilib
  28 Mart 2016    Oxunub:4567
Bakıda 1-ci Azərbaycan Praktik Psixoloqlar Forumu keçirilib.
AzVision.az xəbər verir ki, Forumda Azərbaycanın 90-dan çox psixoloq müəllimi iştirak edib. Ekspertlər forumda aktual məsələləri o cümlədən psixoloji təhsil, maddi durumun çətinliyi fonunda təhsil alan və xüsusi itedalı gəncləri, psixoloji problemlərin qarşısının alınması, həll yollarının tapılması və inkişaf etdirilməsini, təhsil alan şəxslərin şəxsiyyətinin inkişaf etdirilməsini, sistemli psixoloji yardımların göstərilməsini müzakirə ediblər.

Forumun təşkilatçısı qismində “Azərbaycan Şah Cəmiyyəti” çıxış edib. Psixoloqlar Türkiyədən, Böyük Britaniyadan dəvət edilən beynəlxalq psixoloqların ailəyə həsr edilən treninqlərində iştirak edəcəklər.

“Şah Cəmiyyəti” nin təhsil üzrə müşaviri Kənan Rəhimov Bakı Psixologiya Məktəbinin nəznində Azərbaycan psixoloqlarını birləşdirən “Şah Psixologiya Cəmiyyəti”nin yarandığını bildirib. O, qeyd edib ki, hazırda Bakı Psixologiya Məktəbinə Xatirə Səfərova rəhbərlik edir.

O, həmçinin psixoloqlara keçirilən forumdan maksimum yararlanmağı tövsiyə edib.

Qeyd edək ki, forum çərçivəsində daha 4 treninq keçiriləcək. Növbəti treninqlərin qrafiki belədir:
- 11 aprel, `Grand Hospital`, İstanbul psixologiya mərkəzinin direktoru Sabri Yurdakul
- 12 aprel, `Flame tower`, Kənan Rəhimovun marketinq psixologiyası təlimi
- 21 aprel, `Sapphire plaza`, sürpriz qonaq
- 24 aprel, Gəncə şəhərində Heydər Əliyev Mərkəzində.

Sonda forumda iştirak edənlərə sertifikat təqdim ediləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti