Ağ ev: Tramp siqaret çəkmir, səhhəti əladır

  13 Yanvar 2018    Oxunub : 1548
Ağ ev: Tramp siqaret çəkmir, səhhəti əladır
Ağ evin həkimi Ronni Cekson prezident Donald Trampın səhhəti ilə bağlı açıqlama verib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Cekson Trampın səhhətinin əla olduğunu bəyan edib.

Prezidentin müayinəsi ABŞ Hərbi Dəniz Qüvvələrinin Uolter Rid adına Milli Tibb Mərkəzində keçirilib. Prezidentin səhhəti əladır”, - Cekson deyib.

Qeyd edilib ki, Tramp spirtli içki içmir və siqaret çəkmir. O, daha çox qolf oynamağı xoşlayır.

AzVision.az

Teqlər: ABŞ   Tramp   Prezident