AZAL deputatın `dilənçi` ittihamlarına cavab verdi

AZAL deputatın `dilənçi` ittihamlarına cavab verdi
  14 Oktyabr 2016    Oxunub:3974
Deputat Çingiz Qənizadədən biznes klasda yer dəyişdirmək üçün əlavə pul istənilməsi halı araşdırılacaq.
Bunu AzVision.az-a Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildiririb.

“Deputat Çingiz Qənizadədən biznes klasda yer dəyişdirmək üçün əlavə pul istənilməsi ilə bağlı daxili araşdırma aparacağıq və nəticəsi barədə əlavə məlumat veriləcək. Lakin qeyd edim ki, biznes klasda yer dəyişdirmək üçün əlavə pul götürülmür. Ancaq ekonom klasda sərnişin qabaq sırada oturmaq istəyirsə, bunun üçün əlavə ödəniş etməlidir. Bu, dünyada aviaşirkətlərin normal praktikasıdır. Qabaq tərəfdə oturmaq istəyirsənsə, pul ödəməlisən. Ancaq bu, biznes klasa aid deyil”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Çingiz Qənizadə AZAL-ı sərt ittiham edərək bu qurumun dilənçiliklə məşğul olduğunu deyib.O qeyd edib ki, İstanbuldan Bakıya qayıdan zaman biznes klassda boş yer olduğu üçün ön sırada oturmaq istəyib, lakin ön sırada əyləşmək üçün əlavə 30 dollar ödəməsi lazım olduğunu bildiriblər: “Hətta mən xarici vətəndaş olsam, bir də AZAL-la uçmaram. Türkyədə dedilər ki, bu göstəriş Bakıdan gəlib. Biz heç nə edə bilmərik. Hər gün bununla bağlı nə qədər narazılıqlar olur. Xahiş etdilər ki, bu problemi qaldırım. Puldan ötrü dilənçilik edirlər. Mən səsimi çıxartmasaydım, bu pul ödənilməli idi”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti