İlham Əliyev: `Pakistandan yeni silahlar alacağıq` (VİDEO)

İlham Əliyev: `Pakistandan yeni silahlar alacağıq` (VİDEO)
  14 Oktyabr 2016    Oxunub:20113
“Bu gün Pakistanın baş naziri ilə bir sıra məsələləri müzakirə etdik. Onlardan biri də dərman istehsalı sahəsində əməkdaşlıqdır. Biz bu sahəni Azərbaycanda inkişaf etdirmək niyyətindəyik”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Pakistanın baş naziri Nəvaz Şərif ilə keçirdiyi mətbuat konfransında deyb.

Ölkə başçısı bildirib ki, danışların əsas hissəsini hərbi sahədə əməkdaşlıq məsələləri təşkil edib: “Danışıqlarımızın əsas hissəsini hərbi sahədə əməkdaşlıq məsələsi təşkil edib. Bizim hərbi sahədə çox yaxşı əməkdaşlığımız var. Bu gün Azərbaycan və Pakistan ordusunun birgə hərbi təlimlər keçirməsi məsələsini də müzakirə etdik. Pakistan hərbi sənaye baxımından olduqca inkişaf etmiş ölkədir. Azərbaycan son 10 ildə hərbi sənayeni inkişaf etdirir. Biz əlaqələr quraraq birgə silah istehsal edə bilərik. Biz, həmçinin ən son və yüksək texnoloji xüsusiyyətlərə malik silahları almaq niyyətindəyik və bu sahədə Azərbaycan və Pakistan arasında qarşılıqlı anlaşma var”.

Prezident əlavə edib ki, görüşdə həmçinin kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib: “Mən ümid edirəm ki, Azərbaycanda elektron viza sistemi tətbiq olunduqdan sonra bizim pakistanlı qardaşlarımız daha asanlıqla ölkəmizə gələ biləcəklər”.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti