Nazir Ərdəbil valisi ilə görüşüb

Nazir Ərdəbil valisi ilə görüşüb
  19 Oktyabr 2016    Oxunub:1542
Bu gün Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
FHN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə danışıb, bu sahədə İran İslam Respublikasının müvafiq qurumları ilə yüksək səviyyəli əməkdaşlıqdan ətraflı bəhs edib.

O, belə səfərlərin uyğun qurumlar arasında əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadığını da qeyd edib. Nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxş səmimi görüşə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi əyalətin Azərbaycanla müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb və münasibətin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildirib. Vali Məcid Xudabəxş Azərbaycan Respublikasının bir neçə şəhərində olduğunu və bu səfərlər zamanı ölkədə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu da qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti